AZDAS Nümayəndə Heyəti 16 fevral tarixində Türkiyədə keçiriləcək “10-cu DAS Sertifikalı Eğitim Programı”-da iştirak etmək üçün yola düşmüşdür. Nümayəndə heyətində AZDAS İB idarə heyəti üzvləri ilə yanaşı ölkəmizin bir çox tanınmış tibb müəssisələrinin tibb heyəti də vardır. 
Artıq 10-cu dəfədir ki keçirilmiş olacaq bu tədbir 22 fevral tarixində yekunlaşacaqdır. Proqramın sonunda iştirakçılar imtahan verməklə sertifikat əldə edəcəklər. 
AZDAS Nümayəndə Heyəti 23 fevral tarixində Azərbaycana qayıdacaq.
Bu proqramda iştirak edən hər kəsə uğurlar arzulayırıq.