"5 May Dünya Əl Gigiyenası" günü ilə əlaqədar olaraq AZDAS İctimai Birliyi bir neçə sosial aksiyalar keçirmişdir. Beləki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə şöbəsində tibbi personalla birlikdə əllərin gigiyenik təmizlənməsinə dair aksiya keçirilmişdir. Bu aksiyanın davamı olaraq bir ne iaşə obyektlərində məlumatlandırıcı görüşlər keçirilmiş, vətəndaşlara fleyrlər paylanılmışdır. Wood Hause restoranının personalına günün mahiyyətinə dair biliklər verilməklə bərabər, onlarla birlikdə əllərin düzgün gigiyenik təmizlənməsinə dair praktiki həllər də göstərilmişdir.