21 fevral 2018-ci il tarixində “AZDAS-2018” adlı konfransının keçirilməsi ilə əsası qoyulan Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının məqsədi Azərbaycan Respublikasında infeksion xəstəliklərlə mübarizənin əsas istiqamətlərindən biri kimi dezinfeksiya, antiseptika və sterilizasiya sahələrində ölkəmizdəki məlumatın, təcrübənin və praktik səhiyyənin inkişaf etdirilməsi və müasir dünya səviyyəsinə çatdırılması üçün işlərin görülməsindən ibarətdir.
Assosiasiya təsis edildiyi tarixdən qısa vaxt ərzində WFHSS (World Federation for Hospital Sterilisation Sciences ) təşkilatına üzv qəbul edilmişdir.
Assosiasiya bu cür konfransları mütəmadi olaraq keçirtmək, Müvafiq tibb işçilərinin dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri üzrə nəzəri və praktik bilik və bacarıqlarını təkmilləşdirmək, maarifləndirmə işləri aparmaq məqsədilə onlara elmi-metodik kömək etmək, treninqlər, konfranslar, seminarlar, simpoziumlar, görüşlər, kurslar və s. təşkil etməklə ölkə səhiyyəsinə az da olsa öz töhfəsini vermiş olacaqdır.
Assosiasiya “AZDAS-2019” konfransının keçirilməsinin qərarını qəbul etmiş və artıq bu yöndə işlərin görülməsinə başlanılmışdır. 
Qarşıda duran əsas məqsəd 2020-ci ildə Dünya sterilizasiya konfransını “Dünya Konfransı 2020” - Bakı, Azərbaycan adı altında keçirtməklə bütün dünyanın diqqətini Azərbaycana yönəltməkdir.