Qəbul edilmiş və sübut olunmuş müsbət nəticələri ilə bir sıra başqa ölkələrdə mövcud olan müvafiq təşkilatlardan bəhrələnərək qurulmuş AZDAS, ölkəmizdə bir çox müsbət nəticələri olacaq fəaliyyətinə aşağıdaki vəzifələri qəbul edərək başlamışdır.

  1. Dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri üzrə dünya səviyyəsində və milli səviyyədə aparılan elmi tədqiqatları izləmək və onların müvafiq nəticələrinin milli səhiyyə praktikasında tədbiqinə yardım etmək.
  2. Müvafiq tibb işçilərinin dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri üzrə nəzəri və praktik bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə onlara elmi-metodik kömək etmək, trninglər, seminarlar, kurslar, və s. təşkil etmək.
  3. Dezinfeksiya, antiseptika və sterilizasiya nəzəri və praktik məsələləri üzrə ixtisaslı mütəxəssislərin mütəmadi görüşlərini təşkil etmək.
  4. Dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri üzrə müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləmək.
  5. Lazım gəldikdə Azərbaycan Respublikasında müvafiq rəsmi qurumların məsləhəti ilə dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri üzrə beynəlxalq təşkilatların proqramlarını Azərbaycanda həyata keçirilməsində QHT kimi iştirak etmək.
  6. Dezinfeksiya, antiseptika və sterilizasiya üzrə dünya praktikasında tətbiq olunan mütərəqqi, yeni üsul və texnologiyaları öyrənməkvə onların milli səviyyədə tədbiqinə yardım etmək.
  7. Xəstəxanadaxili infeksiyalar üzərində epidemioloji nəzarətin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və tədbiqinə kömək etmək.
  8. Dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri üzrə müvafiq rəsmi qurumlar, yerli və xarici QHT-lər və beynəlxalq təşkilatlarla əlaqələr qurmaq və əməkdaşlıq etmək.