Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya İctimai Birliyi
Missiyamız
Azərbaycanda infeksiyadan ölüm hallarının azaldılması.
Məqsədimiz
Dezinfeksiya, antiseptika və sterilizasiya sahələrində
ölkəmizdəki məlumatın, təcrübənin və
praktik səhiyyənin inkişaf etdirilməsi və müasir dünya səviyyəsində
çatdırılması üçün işlər görmək.
Üzvlülük
Bu sahənin
(dezinfeksiya, antiseptika və sterilizasiya) təkmilləşdirilməsi və “məqsəd”ə
çatmaq üçün elmi, praktik və ixtisas cəhətdən bu sahədə çalışan və ona həvəsi
olan şəxslərdən əmələ gəlmişdir.
Vəzifəmiz
Qəbul
edilmiş və sübut olunmuş müsbət nəticələri ilə bir sıra başqa ölkələrdə mövcud
olan müvafiq təşkilatlardan bəhrələnərək qurulmuş AZDAS, ölkəmizdə bir çox müsbət
nəticələri olacaq fəaliyyətinə aşağıdakı vəzifələri qəbul edərək başlamışdır:
1) Dezinfeksiya,
antiseptika və sterilizasiya məsələləri üzrə dünya səviyyəsində və milli səviyyədə
aparılan
elmi tədqiqatları izləmək, tətbiq olunan
mütərəqqi yeni üsul və texnologiyaları öyrənmək və onların müvafiq nəticələrinin
milli səhiyyə praktikasında tətbiqinə kömək etmək.
2) Müvafiq tibb işçilərinin dezinfeksiya, antiseptika
və sterilizasiya məsələləri üzrə nəzəri və praktik bilik və bacarıqlarını təkmilləşdirmək,
maarifləndirmə
işləri aparmaq
məqsədilə onlara elmi-metodik kömək etmək, treninqlər, konfranslar, seminarlar,
simpoziumlar, görüşlər, kurslar və s. təşkil etmək.
3) Dezinfeksiya,
antiseptika, sterilizasiya məsələləri üzrə
və İnfeksion
nəzarətlə bağlı elmi
araşdırmalar, tədqiqatlar, monitorinqlər, sosioloji sorğular aparmaq.
4)
Dezinfeksiya, antiseptika və sterilizasiyanın nəzəri
və praktik məsələləri üzrə ixtisaslı mütəxəssislərin mütəmadi görüşlərini təşkil
etmək.
5)
Dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri
üzrə yerli və xarici müxtəlif layihələrin həyata keçirilməsini təşkil etmək və
dəstəkləmək.
6)
Lazım gəldikdə Azərbaycan Respublikasında müvafiq rəsmi
qurumların məsləhəti ilə dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri
üzrə yerli və beynəlxaq təşkilatların
(Ümumdünya Səhiyyə Təşkilatı (WHO)), Xəstəliklərə
Nəzarət Mərkəzi (CDC) və s.) proqramlarının həyata keçirilməsində QHT kimi
iştirak etmək.
7) Xəstəxanadaxili infeksiyalar üzərində epidemioloji
nəzarətin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və tətbiqinə köməklik göstərmək.
8)
Dezinfeksiya, antiseptika və sterilizasiya məsələləri
üzrə müvafiq rəsmi qurumlar, yerli və xarici QHT-lər və beynəlxalq təşkilatlarla
əlaqələr qurmaq və əməkdaşlıq etmək.
9)
Qanunvericilik
və metodik təlimatlar bazasının yaradılmasına ehtiyac olduqda köməklik göstərmək.
10) Dövlət
strukturlarında İnfeksion nəzarətlə bağlı qanunvericilik sənədlərinin müzakirələrində
və qəbulunda aidiyətli qurumların icazəsi və dəvətiylə lazım olduqda iştirak etmək.
11)
Müasir tələblərə
uyğun İnfeksion nəzarətlə bağlı səhiyyə hüquqi, sosial müdafiə üzrə maarifləndirmə işinin
qurulması və işlərin aparılmasında köməklik göstərmək.
12) İnfeksion nəzarətlə bağlı dezinfeksiya, antiseptika, sterilizasiya mövzularında yerinə yetirilmiş elmi tədqiqat işlərinə rəy verilməsində lazım gəldikdə və dəvət olunduqda iştirak etmək.
Təşkilati Strukturumuz
- Müşahidə heyəti
- İdarə heyəti
- Sədr
- Üzvlər
• Müşahidə heyəti; aidiyyətli qrumların rəhbər şəxslər, bu sahə üzrə elm xadimləri və professorlar təşkil edir.
• İdarə heyəti; bu sahə üzrə elm xadimləri, professorlar, sahənin aparıcı epidemoloplar, infeksionist həkimlər və peşəkar idarəçilər təşkil edir.
• Sədr; peşəkar idarəedici şəxs.
• Üzvlər; sahənin aparıcı mütəxəssisləri, professorlar, həkim-infeksionistlər, epidemioloqlar, mikrobioloqlar, ictimai səhiyyə mütəxəssisləri, əczaçı və sahə üzrə praktiki təcrübə və bacarığı olan peşəkar şəxslərdən təşkil olunmuş nəfərlərdir.